XƏBƏRLƏR

ADU əməkdaşları Debrecen Universitetində olub

27 oktyabr, 2017
Bu günlərdə Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin dekanı, dosent Vüsalə Ağabəyli, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Zərinə Aslanova və İxtisasartırma şöbəsinin müdiri, dosent Nailə Nəbiyeva Macarıstanın Debrecen Universitetində ezamiyyətdə olublar. ADU əməkdaşları Azərbaycan universitetlərində ali təhsilin keyfiyyətinin inkişaf etdirilməsi məqsədi ilə  Azərbaycan, İspaniya, Finlandiya, Türkiyə, Macarıstan və Avstriyadan ümumilikdə 14 universitetin birgə əməkdaşlığı ilə keçirilən beynəlxalq PETRA (“Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities”) proqramı çərçivəsində plenar iclaslar, elmi konfranslar və müzakirələrdə iştirak edib, universitetin tədris binaları və laboratoriyalarla tanış olublar. Qeyd edək ki, proqram çərçivəsində növbəti görüşün 20-24 noyabr 2017-ci il tarixində Türkiyənin Qazi Universitetində (Ankara) keçirilməsi nəzərdə tutulub.