ADU-da “Ölkəşünaslıq-Avstriya” mövzusunda seminar keçirilib
24 oktyabr, 2017

Oktyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) Alman oxu zalında Avstriya mübadilə xidmətinin ADU-da fəaliyyət göstərən müəllimi Ştefani Matçerin rəhbərliyi ilə “Ölkəşünaslıq-Avstriya” mövzusunda seminar keçirilib.
Tədbirin əsas məqsədi tələbələrin ölkəşünaslıqla bağlı biliklərinin zənginləşdirilməsi, həmçinin alman dili biliklərinin təkmilləşdirilməsi olub.
Seminarda Ş.Matçer iştirakçılara əsas almandilli ölkələrdən biri olan Avstriyanın coğrafi mövqeyi, ictimai və mədəni həyatı ilə bağlı məlumatlar verib və onların suallarını cavablandırıb.





