İtaliyalı rejissor ADU-da olub
23 oktyabr, 2017

Oktyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) İtalyan dili mərkəzində dünyada keçirilən “İtalyan dili həftəsi” çərçivəsində italiyalı rejissor Francesco Bruni italyan dili üzrə təhsil alan tələbələr və müəllim heyəti ilə görüşüb.
F.Bruni rejissoru olduğu filmlərdən söhbət açaraq tələbə və müəllimlərin suallarını cavablandırıb. Görüşdə həmçinin İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari də iştirak edib.











