XƏBƏRLƏR

ADU tələbələri Tsukuba Universitetində təcrübə keçib

18 oktyabr, 2017

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Yaponiya Araşdırma Mərkəzində Yaponşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbələri Günel Məlikova və Zinyət Rzayeva Yaponiyanın Tsukuba Universitetində iştirakçısı olduqları bir illik təcrübə proqramı haqqında təqdimat keçiriblər.

Tədbirdə təcrübə proqramını başa vuran tələbələr Yaponiyanın təhsil və kredit sistemi, dərslərin təşkil olunma qaydaları, davranış qaydaları və digər mövzular ətrafında çıxış edib, eyni zamanda gələcəkdə Tsukuba Universitetində təcrübə keçmək istəyən tələbələrlə proqram çərçivəsində Yaponiyada qazandıqları təcrübəni bölüşüblər.

Qeyd edək ki, ADU və Tsukuba Universiteti arasında 9 mart 2016-cı il tarixində imzalanmış müqaviləyə əsasən iki universitet arasında tələbə mübadiləsinə başlanılıb.