XƏBƏRLƏR

ADU-da Jan Kristof Rufən ilə görüş keçirilib

13 oktyabr, 2017
Oktyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Fransa Akademiyasının üzvü, yazıçı və həkim Jan Kristof Rufən ilə görüş keçirilib. ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə universitetin professor-müəllim heyəti, eyni zamanda fransız dili ixtisası üzrə təhsil alan tələbələri iştirak edib. Ədəbi fəaliyyəti, ictimai görüşləri barədə görüş iştirakçıları ilə fikir mübadiləsi aparan qonaq onları maraqlandıran sualları cavablandırıb. Tədbir J.K.Rufənə universitet adından hədiyyələrin verilməsi ilə sona yetib.