XƏBƏRLƏR

ADU-nun professoru Nyu-York Elmlər Akademiyasının üzvü seçilib

13 oktyabr, 2017
Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Nyu-York Elmlər Akademiyasının üzvlük diplomu professora təqdim olunub. Nyu-York Elmlər Akademiyasının rəsmisi Marqaret Sires azərbaycanlı alimə üzv seçilməyi münasibəti ilə təbrik məktubu da ünvanlayıb. Xatırladaq ki, 1817-ci ildə əsası qoyulmuş Nyu-York Elmlər Akademiyasına dünyanın bir sıra dahi insanları, elm adamları, siyasi xadimlər üzv seçiliblər. Onların sırasında Adam Smit, Çarlz Darvin, Aleksandr Humbolt, Aleksandr Bel, Neil de Qrass Tyson, Pan Gi Mun kimi tanınmış şəxslərin adlarını çəkmək olar.