XƏBƏRLƏR

ADU-da “Yazılı və şifahi tərcümə təlimi” adlı təlim keçirilib

13 oktyabr, 2017

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Auditoriya+” proqramı çərçivəsində “Yazılı və şifahi tərcümə təlimi” adlı təlim keçirilib.

Təlimi tərcümə sahəsində xaricdə müəyyən müddət işləyib təcrübə toplamış tərcüməçilər-Əli Əhmədov və Elnur Hüseynov aparıb. 90 dəqiqə davam edən təlimdə tərcüməçilər “Yazılı və şifahi tərcümə”, “Sifarişçi və tərcüməçi münasibətləri”, “Yazılı tərcümə və redaktə”, “Çətin vəziyyətlərdə nə etməli?”, “Sinxron tərcüməyə necə hazırlaşmalı?”, “Sinxron tərcümə və onun növləri” kimi mövzular haqqında danışıblar.

Təlim “Sual-Cavab” sessiyası ilə tamamlanıb.

Qeyd edək ki, Əli Əhmədov yazılı və ardıcıl, Elnur Hüseynov isə şifahi tərcümə sahəsində ixtisaslaşıblar və onların təliminin əsas mövzusu da məhz öz  ixtisaslarına və təcrübələrinə əsaslanıb.