XƏBƏRLƏR

ADU-da Koreya əlifbası günü keçirilib

11 oktyabr, 2017

Azərbaycan Dillər Universitetində (ADU) Koreya əlifbası günü keçirilib. Koreya Mədəniyyət Mərkəzinin müdiri Bahar Əliyeva Koreya əlifbası gününü keçirməkdə məqsədin universitetdə təhsil alan tələbələrə Koreyanı tanıtmaq və Koreya əlifbasını təbliğ etməkdən ibarət olduğunu qeyd edib.

Tədbirdə Koreya dili üzrə təhsil alan tələbələr də fəal iştirak ediblər. I kurslar gözəl yazı müsabiqəsində, II,III,IV kuslar “Mənim tanıdığım Koreya”, Koreya dilini 2-ci dil kimi öyrənən tələbələr isə “Koreya dilini nə üçün öyrənirəm” mövzulu inşa müsabiqəsində fəal iştirak ediblər. I kursdan Mətanət Əliyeva, II kursdan Yemən Əzizzadə, III kursdan Aytac Xanvəliyeva, IV kursdan Nigar Misirova, Koreya dilini 2-ci dil kimi öyrənən tələbələrdən isə Sara Mirzəyeva yarışın qalibi olub və hədiyyə kuponu ilə mükafatlandırılıb.

Tələbələrin mükafatlandırılması mərasimində Koreya dili ixtisası üzrə dərs deyən müəllimlər də yaxından iştirak edib.

Qeyd edək ki, tədbirin və yarışın məqsədi tələbələrin Koreya dilinə olan marağını artırmaq və onlara gələcək fəaliyyətlərində yardımçı olmaqdır.