XƏBƏRLƏR

ADU-da avstriyalı şairlə “Oxu günü” keçirilib

11 oktyabr, 2017

Oktyabrın 11-də Azərbaycan Dillər Universitetinin Alman oxu zalında avstriyalı şair Karl Lubomirski ilə “Oxu günü” keçirilib.

Görüşdə Təhsil, Tərcümə və mədəniyyətşünaslıq fakültələrinin tələbə və müəllim heyəti, həmçinin alman dili ilə maraqlanan şəxslər iştirak edib.

Şair iştirakçılara öz həyat və yaradıcılığı barədə məlumat verib, onlara öz aktual, seçilmiş şeirlərindən oxuyub. K.Lubomirski iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonda şair iştirakçılara Azərbaycan dilinə tərcümə olunan kitabını hədiyyə edib.