ADU-nun tələbəsi Koreya səfirliyi tərəfindən mükafatlandırılıb
11 oktyabr, 2017
Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili – Koreya dili ixtisası üzrə təhsil alan II kurs tələbəsi Fidan Talıbova, III kurs tələbəsi Aytac Xanvəliyeva və IV kurs tələbəsi Nigar Misirova Bakı Dövlət Universitetində keçirilən 7-ci Koreya dili üzrə Natiqlik müsabiqəsində ADU-nu təmsil ediblər.
7 nəfərin iştirak etdiyi müsabiqədə Nigar Misirova “Koreyada kofe mədəniyyəti” mövzusu ilə çıxış edib və ikinci yerə layiq görülüb. O, Koreya səfirliyi tərəfindən təqdim edilən sertifikat və pul ilə mükafatlandırılıb. N.Misirova bununla Azərbaycanı və ADU-nu iyunda Gürcüstanda keçiriləcək Qafqaz Koreya dili danışıq müsabiqəsində təmsil etmək hüququ əldə edib.