
Azərbaycan Dillər Universitetinin (ADU) İtalyan dili mərkəzində Auditoriya + proqramı çərçivəsində tərcüməçi, sinxronist, “Sandro Teti” nəşriyyat evinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Olqa Mazzina tələbələr və müəllim heyəti ilə görüşüb.
Görüşdə “Əcnəbi dili öyrənmə metodları” mövzusunda danışan qonaq ardıcıl və sinxron tərcüməçi kimi püxtələşməyin yolları haqqında tövsiyələrini verib.
Görüş tələbə və müəllimləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.