XƏBƏRLƏR

ADU-nun tələbəsi Koreyada Azərbaycanı təmsil edib

27 sentyabr, 2017

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili-Koreya dili ixtisasının IV kurs tələbəsi Fəridə Aydayeva Koreyada təşkil olunmuş “Quiz on Korea” intellektual yarışmasında Azərbaycanı təmsil edib.

F.Aydayeva 1 həftəlik səfəri zamanı Koreyanın tarixi, mədəniyyəti və gündəlik həyatı ilə yaxından tanış olduğunu, qələbə qazana bilməsə də Azərbaycanı Koreyada layiqincə təmsil etməkdən qürur duyduğunu bildirib.

Qeyd edək ki, F.Aydayeva mayın 12-də Koreya səfirliyinin təşkilati dəstəyi ilə ADU-da keçirilmiş, 2 mərhələ və 12 iştirakçıdan ibarət “Koreya haqqında viktorina”da qələbə qazanaraq Koreyada Azərbaycanı təmsil etmək hüququ əldə edib. O, bundan öncə də Azərbaycanı və universitetimizi Tiflisdə təşkil olunmuş “Qafqaz Koreya dili danışıq müsabiqəsi”ndə layiqincə təmsil edərək 3-cü yerə layiq görülüb.

Onu da bildirək ki, yarışma Koreyanın KBS kanalı vasitəsi ilə oktyabrın 10-u yayımlanacaq.