XƏBƏRLƏR

Tələbələrin nəzərinə!

29 avqust, 2017

İndoneziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.

Festival çərçivəsində 9 sentyabr 2017-ci il tarixində Heydər Əliyev Sarayında İndoneziya mədəniyyətini əks etdirən çıxışlar olacaq, İndoneziya məhsulları və rəsmlərin sərgisi nümayiş olunacaq.

11 sentyabr 2017-ci il tarixində isə dənizkənarı bulvar ərazisində əyləncəli yürüş və sərgi keçiriləcək.

Festivalda incəsənət təmsilçiləri, sahibkarlar, elm xadimləri olmaqla, İndoneziyadan 80 nəfərlik nümayəndə heyətinin iştirakı gözlənilir.

Tədbirin məqsədi iki ölkə arasında anlaşma və ünsiyyəti nümayiş etdirməkdir.

Festivalda iştirak sərbəstdir.

İndoneziya səfirliyi Azərbaycan Dillər Universitetinin İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrini bu festivalda iştirak etməyə dəvət edir.