XƏBƏRLƏR

ADU-nun müəllimləri orta məktəb şagirdləri üçün seminar keçirib

13 iyul, 2017

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrası Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbin şagirdləri üçün seminar keçirib. Seminarda “Sağlam həyat tərzi”, “Zərərli vərdişlər”,  “Dostu necə seçməli?”, “Necə ”yox” deməli?”,  “Arzuolunmaz dostluğu necə kəsməli?” kimi mövzular ətrafında diskussiyalar aparılıb.

İştirakçılar tədbirin əhəmiyyətini yüksək dəyərləndirib və gələcəkdə bu kimi tədbirlərin davamlı təşkilini arzulayıblar. Kafedranın əməkdaşları tərəfindən məktəblilərdən ibarət təlimçilər qrupunun hazırlanması  və gələcəkdə aktual mövzular üzrə Bakı ətrafında yerləşən qəsəbələrdə həmyaşıddan-həmyaşıda prinsipi ilə təlimlərin keçirilməsi təklifi irəli sürülüb.