XƏBƏRLƏR

ADU-nun tələbələri Koreya səfirliyi tərəfindən mükafatlandırılıb

07 iyul, 2017
İyulun 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan və 2016-2017-ci tədris ilini uğurlu nəticə ilə başa vuran tələbələri mükafatlandırılıb. Koreya dili ixtisası üzrə təhsil alan I kurs tələbələri arasında 12 tələbədən 7-i  tədris ilini müvəffəqiyyətlə başa vurub. ADU tərəfdən təqaüd alan 4 tələbəni çıxmaqla, digər tələbələr - Sevinc Quliyeva, Elmir Qurbanov və Fəridə Əlixanlı Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən pul  mükafatı ilə qiymətləndirilib. Tələbələrin mükafatlandırılması mərasimində Koreya dili kafedrasının müəllimləri yaxından iştirak edib. Mərasimin məqsədi tələbələrin Koreya dilinə olan marağını artırmaq və onlara gələcək fəaliyyətlərində yardımçı olmaqdır.