XƏBƏRLƏR

Təbrik məktubu

23 iyun, 2017

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullaya müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Hörmətli Kamal müəllim,

            Qurani-Kərimin nazil olduğu, qəlblərə paklıq, süfrələrə ruzi gətirən müqəddəs Ramazan bayramı münasibəti ilə Sizi ürəkdən təbrik edir, can sağlığı, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.