XƏBƏRLƏR

ADU-nun tələbələri Koreya dili üzrə beynəlxalq qabiliyyət imtahanında uğurlu nəticə əldə ediblər

01 iyun, 2017
Bu yaxınlarda Azərbaycan Dillər Universitetində (ADU) Koreya dili üzrə beynəlxalq qabiliyyət imtahanı (TOPİK) keçirilib. 2006-cı ildən etibarən universitetdə keçirilən imtahanda Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri ilə yanaşı, Koreya dilini fərdi olaraq öyrənən şəxslər də iştirak edib. Bu il sayca 52-ci dəfə keçirilən Koreya dili üzrə beynəlxalq qabiliyyət imtahanı vermək üçün 47 nəfər müraciət edib. İmtahanın nəticələri topik.go.kr saytında elan edilib. ADU-nun Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan I kurs tələbələri Yemən Əzizzadə və Aydan Hacıyeva beynəlxalq qabiliyyət imtahanında tam nəticə (200/200) əldə ediblər. Qeyd edək ki, Koreya dili üzrə beynəlxalq qabiliyyət imtahanı Azərbaycanda yalnız ADU-da ildə iki dəfə, başlanğıc və orta-yüksək olmaqla iki səviyyə üzrə keçirilir.