XƏBƏRLƏR

ADU ilə bağlı iddialar haqda

29 may, 2017
   

Bir neçə gün əvvəl BakuPost.az-da yayımlanmış məqalədə Azərbaycan Dillər Universitetində semestr imtahanlarının 3000 manat olması, rektor Əfqan Abdullayevin xələfi Səməd Seyidovun işdən qovduğu kadrları geri qaytarması haqda iddiaların həqiqəti əks etdirmədiyi məlum olub.

Yazıda rektorun qəfil struktur islahatlar həyata keçirməsi, fakültələrin adlarını dəyişməsi və ya birləşdirməsi barədə məlumatların yanlış olduğu üzə çıxıb.

Əməkdaşımızı məlumatlandırmış mənbənin dediklərinin həqiqətdən uzaq olduğu aydınlaşıb.

ADU ilə əlaqə saxlamış müxbirimizə bildirilib ki, semestr imtahanları şəffaf keçirilir və tələbə ilə müəllimlərin, dekanların təması olmur.

BakuPost