XƏBƏRLƏR

Təhsil Nazirliyinin əməkdaşı ADU tələbələri üçün təqdimatla çıxış edib

18 may, 2017
Mayın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov universitetin Təhsil fakültəsinin tələbələrinə “Müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi” mövzusunda təqdimatla çıxış edib. Tələbələri salamlayan E.Bağırov 2010-cu ildən etibarən müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş müsabiqə yolu ilə keçirildiyini qeyd edib.  O, hər il təşkil olunan imtahanların üç-elektron ərizə, test imtahanı və müsahibə mərhələlərindən ibarət olduğunu deyib.  Test imtahanında 60 sualın təqdim olunduğunu söyləyən E.Bağırov şəhər və bölgə məktəblərində vakant yerlərin olduğunu bildirib. O, ildən-ilə müəllim peşəsinin nüfuzunun artması ilə əlaqədar olaraq imtahan verənlərin sayında artım olduğunu vurğulayıb. Çıxışının sonunda tələbələrə imtahanlarda uğurlar arzu edib.