XƏBƏRLƏR

ADU-da İctimai Nəzarət Şurasının üzvləri tələbələrlə görüşüb

17 may, 2017
Azərbaycan Dillər Universitetinin (ADU) İctimai Nəzarət Şurasının üzvləri bütün fakültələr üzrə I-III kurslarda təhsil alan tələbələrlə görüşlərə başlayıb. Görüşlərdə imtahan hazırlığı, Bolonya sisteminin tətbiqi, tələbələrin sosial həyatı, təhsil islahatları, IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülər, universitetdaxili nizam-intizam və s. mövzular ətrafında müzakirələr aparılıb. İnteraktiv şəkildə keçirilən görüşlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb, ətraflı izahat verilib. Qeyd edək ki, ADU-nun Elmi şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən yaradılan 14 nəfərlik İctimai Nəzarət Şurasının sədri “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, sədr müavini təhsil eksperti Nadir İsrafilov, katibi isə modern.az saytının rəhbəri Elşad Eyvazlıdır.