XƏBƏRLƏR

ADU-da “Brain ring” adlı bilik yarışı keçirilib

12 may, 2017
Mayın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İngilis dilinin üslubiyyatı kafedrasının müəllimi Aliyə Məmmədlinin təşkilatçılığı ilə Təhsil fakültəsinin Essex 6 qrupunun tələbələri arasında “Brain ring” adlı intellektual yarış keçirilib. Yarış çərçivəsində “Moonshine”, “Skyfall” və “Lords of science” komandaları İngiltərənin tarixi, ədəbiyyatı, Şotlandiya adət-ənənələri, eyni zamanda idiomlar, məntiqi mövzular ətrafında qurulan sualları cavablandırıb. Sonda İngilis dilininin üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Sevinc Zeynalova tələbələri oyunda fəal iştirak etdiklərinə görə təbrik edib. Qalib “Skyfall” komandasının üzvləri sertifikatlarla mükafatlandırılıb.