XƏBƏRLƏR

ADU-da “Şeir və poeziya gecəsi” adlı tədbir keçirilib

10 may, 2017
Mayın 10-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Linqvokulturologiya kafedrasının dosenti Tofiq Quliyevin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Şeir və poeziya gecəsi” adlı tədbir keçirilib. Tədbirdə universitetin Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, universitetin tələbə-müəllim heyəti ilə yanaşı  304 saylı məktəb-liseyin şagird və müəllimləri də iştirak edib. Açılış nitqi ilə çıxış edən dosent T.Quliyev adıçəkilən məktəbdə pedaqoji təcrübədə olan ADU tələbələrinin və həmin məktəbin şagirdlərinin birgə hazırladığı tədbirin mahiyyətindən danışıb. Bədii hissədə dosent T.Quliyevin tərcümə etdiyi şeirləri ilə birgə vətənpərvərlik mövzusunda müxtəlif dillərdə şeirlər səslənib, mahnılar ifa olunub, müxtəlif rəqslər nümayiş olunub. Sonda tədbirin təqdirəlayiq olduğunu qeyd edən professor Məsməxanım Qazıyeva belə tədbirlərin davamlı olmasını arzulayıb.