XƏBƏRLƏR

ADU-da Jurnalistika kafedrası yaradılıb

08 may, 2017
  Azərbaycan Dillər Universitetinin Elmi Şurasının müvafiq qərarına əsasən universitetdə Jurnalistika kafedrası yaradılıb. Kafedranın yaradılmasında məqsəd istər Azərbaycandilli, istərsə də müxtəlif xaricidilli kütləvi informasiya vasitələri üçün mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Qeyd edək ki, boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün “Xalq” qəzetində müvafiq elan da verilib.