XƏBƏRLƏR

ADU-da ümummilli lider Heydər Əliyevə həsr olunmuş nümunəvi dərs keçirilib

04 may, 2017
Mayın 4-də Azərbaycan Dillər Universitetində (ADU Xarici dillər kafedrasının baş müəllimi Səyanə Bağırovanın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş nümunəvi dərs keçirilib. Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidov, adıçəkilən kafedranın müdiri, dosent Salman Nuriyev, universitetin professor-müəllim heyətinin iştirak etdiyi nümunəvi dərs Amerikaşünaslıq ixtisası  üzrə təhsil alan 145 a qrup tələbələri tərəfindən hazırlanıb. İngilis dilində slaydların nümayiş olunduğu tədbirdə tələbələr “Heydər Əliyevin həyat və fəaliyyəti”, “Heydər Əliyevin Azərbaycan və Amerika münasibətlərində danılmaz rolu” mövzularında çıxış edib. Çıxışları zamanı onlar Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan və ABŞ arasında siyasi və iqtisadi əlaqələr, eləcə də, diplomatik münasibətlərin inkişafı istiqamətində göstərdiyi xidmətlər və səfərlərindən söz açıb. Tədbirdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı yaddaqalan, maraqlı hadisələrdən bəhs edən videoçarx da nümayiş olunub.