XƏBƏRLƏR

ADU-da nümunəvi dərs keçirilib

02 may, 2017
Mayın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan gül bayramına aid nümunəvi dərs keçirilib. Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli, adıçəkilən kafedranın müdiri, professor Məsməxanım Qazıyeva, kafedranın professor-müəllim heyətinin iştirak etdiyi nümunəvi dərs Linqvokulturologiya kafedrasının müəllimi Səadət Novruzova tərəfindən hazırlanıb. İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisası  üzrə təhsil alan 238 b qrup tələbələrinin  hazırladığı  nümunəvi dərsdə müxtəlif güllər haqqında ingilis dilində slayd vasitəsi ilə məlumat verilib. Tələbələrin ifasında “Lalələr” mahnısı səslənib. Tədbirdə həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.