XƏBƏRLƏR

Professor Əfqan Abdullayev tələbələrlə görüşüb

21 aprel, 2017
Aprelin 21-də Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Filologiya və jurnalistika fakültəsinin Jurnalistika ixtisasında təhsil alan tələbələr ilə görüşüb. Görüşdə tələbələrin dil vərdişləri, keçdikləri fənlər və müəllimlərlə bağlı fikir və təklifləri dinlənilib. Görüş zamanı tələbələr tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, təcrübə prosesi ilə bağlı təkliflərini bildiriblər. Yeni tədris planı, tədris proqramları haqqında danışan professor Ə.Abdullayev yaxın zamanlarda universitetin onlayn xidmətlərinin tələbələrin istifadəsinə veriləcəyini qeyd edib. Görüşdə imtahanların keçirilməsi, dünya standartlarına uyğun tədris prosesinin təşkili, əlavə məşğuliyyətlərin tədrisə əngəl olmaması, uyğunsuzluqların aradan qaldırılması, davamiyyət məsələləri də müzakirə olunub. Professor Ə.Abdullayev tələbələrin inkişafı, gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsi üçün universitetdə lazımi şəraitin yaradıldığını və buna daima nəzarət olunacağını söyləyib. Görüş müzakirələrlə yekunlaşıb.