XƏBƏRLƏR

ADU-da “Hava ilanları” festivalı keçirilib

13 aprel, 2017
Aprelin 13-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Hava ilanları” festivalı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çin bayramlarında “uçan əjdahalar”ın meydana gəlməsi tarixindən, həmçinin hər il Çinin Veyfan şəhərində keçirilən “Hava ilanları” beynəlxalq festivalının ənənə və qaydalarından bəhs edib. Tədbirdə həmin institutun əməkdaşları festivalda qalibə “Kağız ilan kralı” titulunun verildiyi  müsabiqə proqramı, kağız ilanların hazırlanması və formaları, Çində bütün bəlalar və mənfi düşüncənin aradan qalxmasını simvolizə edən “hava ilanları”nın səmaya buraxılması ilə bağlı əfsanələr haqqında danışıblar. Tədbir çərçivəsində “hava ilanları”nın hazırlanması və təsviri üzrə ustad dərsi keçirilib, festival və Çinin kağız ilanlar muzeyi haqqında filmlər nümayiş olunub.