XƏBƏRLƏR

ADU-nun 7 tələbəsi Fransa və Rumıniyada təcrübə keçir

07 aprel, 2017
 

Azərbaycan Dillər Universitetinin (ADU) Frankofon Universitet Agentliyi (FUA) ilə əməkdaşlığı çərçivəsində ADU-nun Pedaqoji (təhsil) və Tərcümə fakültələrində təhsil alan 7 tələbə ilk dəfə olaraq Fransa və Rumıniyada keçirilən pedaqoji və istehsalat təcrübələrində iştirak edir. Universitetin Pedaqoji (təhsil) fakültəsinin 5 tələbəsi - Rəna Rüstəmova, Aytən Kamandarlı, Əli Mədədov, Lalə Dadaşova və Əziz İradə Fransanın Bordo və San-Luz şəhərlərində Beynəlxalq Fransız dili Müəllimləri Assosiasiyasında, Tərcümə fakültəsinin tələbəsi Fəridə Musayeva Strasburqda Avropa Şurasının Siyasi Departamentində, digər tələbə Xoşqədəm Cəlilova isə Buxarestdə Beynəlxalq Rumıniya Radiosunda təcrübə keçməyə müvəffəq olublar.

Qeyd edək ki, ADU 2015-ci ilin may ayının 21-dən FUA-nın ortaq üzvüdür. Əməkdaşlığa əsasən ADU-nun tələbələri, eləcə də Fransız dili kafedrasının müəllimləri FUA-nın dəstəyi ilə keçirilən proqramlarda iştirak ediblər.