XƏBƏRLƏR

ADU-da “İslam və demokratiya, tarix və müasirlik” mövzusunda dəyirmi masa keçirilib

06 mart, 2017

 

Martın 6-da Azərbaycan Dillər  Universitetinin (ADU) Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə “İslam və demokratiya, tarix və müasirlik” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə adıçəkilən kafedranın baş müəllimləri Günel Hacalıyeva “İslam həmrəyliyi”, Aysel Bağırova isə “İslam və demokratiya” mövzusunda çıxış ediblər.

Müasir beynəlxalq münasibətlərdə müsəlman dövlətlərinin bir-birini müdafiə etməsinin vacib amil olduğunu, "İslam Həmrəyliyi İli"nin təkcə Azərbaycan və İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün böyük önəm daşıdığını vurğulayan həmin kafedranın müdiri vəzifəsini icra edən Samirə İmanova “İslam təəssübkeşliyi” mövzusunda məlumat verib.

Sonda Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu və Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Namiq Əsədov da mövzu barədə öz fikirlərini bölüşüb.