XƏBƏRLƏR

İndoneziyaşünas tələbələr üçün danışıq klubu təşkil olunub

19 oktyabr, 2017

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələr üçün danışıq klubu təşkil olunub.

İndoneziya Araşdırma Mərkəzinin təşəbbüsü ilə təşkil olunan danışıq klubunda dərslər ADU-nun Beynəlxalq münasibətlər ixtisasının bakalavr pilləsində təhsil almaq üçün hazırlıq kurslarında iştirak edən İndoneziyanın ölkəmizdəki səfirinin oğlu Kifah Gibraltar tərəfindən aparılır.

2017-2018-ci tədris ili müddətində fəaliyyəti nəzərdə tutulan danışıq klubunda tələbələr həftədə 2 dəfə olmaqla 1 saat ərzində gündəlik yaşamlarında lazım olacaq söz və ifadələri mənimsəyirlər.

Danışıq klubunun 16 oktyabrda keçirilən ilk dərsində “Tanışlıq” mövzusu ətrafında müzakirələr olub.

Qeyd edək ki, danışıq klubu ödənişsizdir və İndoneziya dilini öyrənmək istəyən şəxslər müraciət edə bilərlər.