ADU-da kitab sərgisi açılıb
02 mart, 2017
Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkilatçılığı ilə iki günlük kitab sərgisi açılıb. İlk dəfə ADU-da təşkil edilən bu sərgidə U.S.Moemin “Seçilmiş əsərləri”, V.İvanov Taqanskinin “Zəfər və ilğım”, A.Millerin “7 pyes”, A.B.Kasaresin “Morelin ixtirası”, Çe Gevaranın “Boliviya gündəliyi”, S.Ağaoğlunun “Atamın dostları”, S.Budaqlının “Yolüstü söhbət” kitabları da daxil olmaqla 20-dən çox müəllifin əsərləri nümayiş olunur.
Qeyd edək ki, sərginin keçirilməsində məqsəd gənclərin dünyagörüşünün formalaşdırılması, ədəbiyyata və mütaliəyə marağının artırılmasıdır.