XƏBƏRLƏR

İsrailin Azərbaycandakı səfirinin həyat yoldaşı ADU-da olub

24 fevral, 2017
Fevralın 24-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavın həyat yoldaşı Gili Stav Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb. Görüşün məqsədi müxtəlif mövzularda tələbələrlə ibri dilində danışmaq və onlarla müntəzəm görüşlər keçirməkdir. Gili Stav ADU-da olmaqdan məmnunluğunu dilə gətirib. O, tələbələrlə ibri dilində söhbət edərək onların bu dili qavrama qabiliyyətini öyrənib. Dil daşıyıcısı olan Gili Stavın ibri dilində çıxışı tələbələr tərəfindən maraqla qarşılanıb. Görüş zamanı Gili Stav tələbələri maraqlandıran sualları cavablandırıb.