XƏBƏRLƏR

İndoneziyalı müəllim ADU-da mühazirə oxuyub

26 dekabr, 2016
Dekabrın 26-da Azərbaycan Dillər Universitetinin İndoneziya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə İndoneziyanın Sunan Kaliraca İslam Dövlət Universitetinin müəllimi Munavar Ahmad Regionşünaslıq və Beynəlxalq  Münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə mühazirə oxuyub. “İndoneziyanın tarixi və İndoneziyada tələbə hərəkatı” mövzusunda təqdimatla çıxış edən Munavar Ahmad İndoneziyanın tarixi haqqında məlumat verərək ölkəsinin müxtəlif xalqlar tərəfindən işğal olunduğunu, 1945-ci ildə isə müstəqillik əldə etdiyini bildirib. İnteraktiv formada keçən mühazirədə o, İndoneziya sivilizasiyasının kökləri barədə də tələbələri məlumatlandırıb. İki gün davam edəcək mühazirənin növbəti mövzusu “İndoneziyada incəsənət və siyasət” olacaq.