XƏBƏRLƏR

ADU-da “Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs davam edir

23 dekabr, 2016

Azərbaycan Dillər Universitetində (ADU) hamı tərəfindən maraqla qarşılanan “Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs davam edir. Universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Ablullayev tərəfindən irəli sürülən təşəbbüs dekabrın 23-də yenidən həyata keçirilib.

Hər zaman adət-ənənələrimizi yaşadaraq gələcək nəsillərə ötürmək missiyasını layiqincə yerinə yetirən Dillər Universitetində milli dəyərlərimizin qorunmasını təcəssüm etdirən bu gün, sayca ikinci dəfə olmasına baxmayaraq, yenə də böyük coşqu ilə qeyd edilib. Belə ki, həmin təşəbbüs çərçivəsində ADU-nun professor–müəllim heyəti və tələbələr dərsə növbəti dəfə milli geyim və ya onun hər hansı elementini əks etdirən formada  gəliblər.