XƏBƏRLƏR

ADU-da Respublika tələbə-şagird konfransı keçiriləcək

26 yanvar, 2018

Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunacaq

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullayev 27-28 aprel tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Respublika tələbə-şagird konfransının keçirilməsi barədə əmr imzalayıb. Konfransa hazırlıq və onun işinin təşkili məqsədi ilə 24 nəfərdən ibarət olan Təşkilat komitəsi yaradılıb.

Əmrə əsasən 10 gün ərzində konfransın keçirilməsi haqqında elan və iştirakçılara qarşı irəli sürülən tələblər, 20 gün ərzində isə konfransın keçirilməsinə hazırlıqla bağlı tədbirlər planı işlənib hazırlanmalıdır.