ADU-da “Ən yaxşı tələffüz uğrunda” müsabiqə keçirilib
Dekabrın 23-də Azərbaycan Dillər Universitetində İngilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Ən yaxşı tələffüz uğrunda” müsabiqə keçirilib.
Pedaqoji (ingilis dili-alman dili və ingilis dili-fransız dili) fakültələrin II kurs tələbələri ingilis dilində tələffüz bacarıqlarını nümayiş etdiriblər. Müsabiqənin birinci mərhələsində iştirak edən 40-a yaxın tələbə arasından seçilmiş 11 nəfər növbəti mərhələdə birincilik uğrunda mübarizə aparıb.
Münsiflər heyəti müsabiqədə iştirak edən tələbələrin tələffüz etmə bacarıqlarını qiymətləndirib. I yerə Pedaqoji (ingilis dili-alman dili) fakültənin ESSEX 6 qrupunun tələbəsi Esmira Həsənova layiq görülüb.
Müsabiqənin digər qalibləri həvəsləndirici diplomlarla mükafatlandırılıb.