XƏBƏRLƏR

ADU-da nümunəvi dərs keçirilib

23 dekabr, 2016

Dekabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin təşkilatçılığı ilə nümunəvi dərs keçirilib. “Beynəlxalq münasibətlərin aktual problemləri” fənni üzrə keçirilən nümunəvi dərsdə Ankara Universitetinin professoru Abdullah Gündoğdu tələbələrə “Türkiyə dünya siyasətində” mövzusunda geniş mühazirə oxuyub. O, Türkiyənin tarixi inkişaf yolu, Osmanlı imperiyası dövründə baş verən siyasi proseslər, həmçinin müxtəlif tarixi dövrlərdə ölkənin qonşuluq siyasəti, eyni zamanda digər beynəlxalq məsələlər barədə çıxış edib.