XƏBƏRLƏR

ADU əməkdaşının tərcümə etdiyi yeni kitab nəşr olunub

12 yanvar, 2018
Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimov müasir Danimarka ədəbiyyatının görkəmli nümayəndəsi İda Yessenin “Yeni çağlar” romanını Danimarka dilindən Azərbaycan dilinə  tərcümə edib.  A.Rəhimovun tərcümə etdiyi və “Alatoran” yayın evində nəşr olunan kitab yazarın orijinaldan, Danimarka dilindən Azərbaycan dilinə tərcümə olunan ilk kitabıdır. Qeyd edək ki, müəllif müasir Danimarka ədəbiyyatında psixoloji realizmin banisi hesab edilir və kitabları müxtəlif Avropa dillərinə tərcümə edilib.