XƏBƏRLƏR

ADU-da “Cambridge English” imtahanlarının keçirilməsi ilə bağlı görüş

08 dekabr, 2016

 

Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev Şərqi və Mərkəzi Avropa üzrə Kembric Universitetinin regional meneceri Anna Qorizontovanı qəbul edib. Qonağı ADU-da görməkdən məmnunluğunu dilə gətirən professor Əfqan Abdullayev ona universitet haqqında ümumi məlumat verib.

“Cambridge English” imtahanlarının ADU-da hazırlanması və keçirilməsini təmin etmək məqsədi ilə baş tutan görüşdə universitetin Pedaqoji fakültəsi üzrə müəllimləri Cambridge TKT (Teaching Knowledge Test) imtahanına cəlb edərək onların ingilis dili səviyyəsini yoxlamaq və beynəlxalq sertifkatlarla təltif etmək mövzusunda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ingilis dilinin yoxlanılması ilə bağlı 100 illik təcrübəyə malik olan “Cambridge English”-in imtahanlarına hər il 5 milyondan çox insan qatılır, onlara verilən sertifikatlar dünyanın 20 mindən çox təşkilatı tərəfindən tanınır.