XƏBƏRLƏR

ADU-da açıq dərs keçirilib

08 dekabr, 2016
Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya kafedrasının baş müəllimi Sevinc Əmirovanın təşkilatçılığı ilə “Uşaqların psixi inkişafında laylaların rolu” mövzusunda açıq dərs keçirilib. Universitetin Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, Kurrikulum və Təhsil Siyasəti departamentinin müdiri Şəfəq Şahməmmədovanın iştirakı ilə keçirilən açıq dərsdə Pedaqoji (ingilis dili-alman dili ) fakültənin III kurs tələbələrinə şifahi xalq ədəbiyyatına aid olan  laylaların yaranma tarixi, uşaqların psixoloji inkişafındakı rolu haqqında ətraflı məlumat verilib. Eyni zamanda S.Əmirova laylaların psixoloji təhlili, laylaların növləri,  müxtəlif xalqların layla nümunələrini özündə əks etdirən slayd nümayiş etdirib.