XƏBƏRLƏR

ADU tələbələri xeyriyyə tədbirində iştirak edib

07 dekabr, 2016

ADU-nun Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin 214B qrupunda təhsil alan bir qrup tələbə universitetin Pedaqogika kafedrasının müəllimi Türkan Əliyevanın təşəbbüsü ilə xeyriyyə 15420970_1763682357216309_1294316377272033023_ntədbirində iştirak edib. Bumeranq Könüllülər Birliyinin GələcəyimizSƏN layihəsinə yardım çərçivəsində imkansız ailələrə müxtəlif dərsliklər, dərs vəsaitləri, test kitabları, ümumilikdə 150-dən çox kitab təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi imkansız ailələrin övladlarını təmənnasız olaraq öyrətmək və onların ali məktəblərə 15380497_1763682360549642_3873308455102029969_ndaxil olmasına yardımçı olmaqdır. Təcrübəli müəllimlər bu layihəyə könüllü şəkildə dəstək verir.