XƏBƏRLƏR

"English is Fun"

16 yanvar, 2018

ADU əməkdaşları 220 saylı məktəbin ingilis dili müəllimləri ilə birlikdə tədbir keçirib

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsi nəzdindəki İngilis dilinin leksikologiya və üslubiyyatı kafedrası Bakı şəhərində yerləşən 220 saylı məktəbin ingilis dili müəllimləri ilə birlikdə “English is Fun” adlı tədbir keçirib. Tədbirdə British Council-in nümayəndəsi Elizabet Uayt, həmin məktəbin direktoru, müəllim və şagirdləri, İngilis dilinin leksikologiya və üslubiyyatı kafedrasının müdiri f.e.d., dos. Sevinc Zeynalova, əməkdaşları dos. Vahid Ərəbov, f.e.n., dos. Vaqif Qəmbərov, f.f.d., dos. Aytən Allahverdiyeva, f.f.d. Aysel Məmmədbəyli, Zəhra Xankişiyeva, Samirə Məmmədova və Aysel Məmmədbəyli iştirak edib. Kafedra əməkdaşlarının köməkliyi və məktəbin ingilis dili müəllimlərinin gərgin əməyi sayəsində şagirdlər ingilis dilində mahnılar oxuyub, maraqlı səhnəciklər nümayiş etdiriblər. Tədbir qonaq qismində iştirak edən British Council-in nümayəndəsi Elizabet Uaytın dərin marağına səbəb olub. Tədbirin sonunda səfirliyin nümayəndəsi, kafedra müdiri f.e.d., dos. Sevinc Zeynalova, dos. Vahid Ərəbov, f.e.n. dos. Vaqif Qəmbərov, f.f.d. Aytən Allahverdiyeva müsbət fikirlər söyləyib, tədbirdən məmnun qaldıqlarını bildiriblər. Belə tədbirlərin gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub.