XƏBƏRLƏR

“Şəxsiyyətin düzgün karyera seçmə modelləri”

16 dekabr, 2016

Dekabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Sağlamlıq və Psixologiya” klubunun təşkil etdiyi “Şəxsiyyətin düzgün karyera seçmə modelləri” adlı tədbir keçirilib. Tədbirin qonağı Proqressiv Psixologiya Mərkəzinin psixoloqu Murad İsayev olub. İnteraktiv şəkildə keçən tədbirdə psixoloq Murad İsayev “Karyeranı düzgün seçmək”, “Motivasiya çatışmazlığı”, “Ailədaxili sosial faktlar”, “İradə zəifliyi”, “Özgüvən əskikliyi”, ”Daxili maneələr”, ”Daxili maneələrin fəsadları” və s. mövzularda çıxış edib.

Sonda “Psixoloji aspektdə, daxili ruhsal balansın xarici faktorlarla paralel təşkili nəticəsində insan nə istədiyini biləcək”-deyən psixoloq tələbələrə seçdikləri yolda uğurlar arzulayıb.