XƏBƏRLƏR

ADU-nun professoru beynəlxalq germanistika konfransında iştirak edib

19 iyun, 2026

 Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsinin nəzdində fəaliyyət göstərən Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Ulduz Aslanova Türkiyənin İzmir şəhərində yerləşən Ege University tərəfindən 14–17 may 2025-ci il tarixlərində təşkil olunan “XVII Türkischer Internationaler Germanistik Kongress. Germanistik im 21. Jahrhundert: Verbindungen, Vernetzungen, Verknüpfungen” adlı beynəlxalq konfransda iştirak edib.
Professor Ulduz Aslanova konfrans çərçivəsində “Die stilistische Wirkung der Wortwahl in der Kommunikation im Deutschen und im Aserbaidschanischen” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə alman və Azərbaycan dillərində ünsiyyət prosesində söz seçiminin üslubi təsiri elmi müstəvidə təhlil olunub.
Qeyd edək ki, məruzənin mətni “DIYALOG” Interkulturelle Zeitschrift für Germanistik jurnalında nəşr olunub.

PDF

LİNK