XƏBƏRLƏR

ADU və AzTU TGT-nin birgə təşkilatçılığı ilə “WELCOME 2026” tədbiri keçirilib

25 dekabr, 2025

Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının (ADU TGT) və Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının (AzTU TGT) nəzdində fəaliyyət göstərən CreArt (mədəniyyət) klublarının birgə təşkilatçılığı ilə “WELCOME 2026” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində ADU TGT-nin CreArt mədəniyyət klubuna məxsus “Simurq” rəqs ansamblının təqdim etdiyi rəqs nömrələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Proqram zamanı müxtəlif mədəni və yaradıcı çıxışlar nümayiş etdirilib. İstedadlı gənclərin ana dilimizdə və müxtəlif xarici dillərdə səsləndirdikləri ifalar tədbirə xüsusi rəng qatıb və iştirakçılarda xoş təəssürat yaradıb.