XƏBƏRLƏR

“Azərbaycanın mədəni kimliyi” adlı məqalələr toplusu çap olunub

06 aprel, 2020

ADU-nun Serb dili və mədəniyyət mərkəzi, Elm şöbəsi və 200 ildən artıq tarixi olan təhsil ocağı – Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın mədəni kimliyi” adlı məqalələr toplusu çap olunmuşdur. Layihə  akademik Kamal Abdullayevin rəhbərliyi ilə və prof. Slobodan  Grubacic, prof. Liljana Markovic, prof. Alla Sheshken, Dragana Grujic, prof. Hakan Yalap, dos. Lalə Məcidova, Dr. Sead Safari, prof. Azad Məmmədov, dos. Seyfəl Həsənov, prof. Ema Petrovic, prof. İrina Abramova kimi Azərbaycan və Serbiya  alimlərinin birgə səyi nəticəsində həyata keçirilmişdir. Nəşrdə ADU-nun akademik heyətinin müəllifliyi ilə qələmə alınan, Azərbaycanın mədəni kimliyini, multikulturalizm mühiti, tarixi, mədəniyyəti, dil siyasəti və milli dəyərlərini əks etdirən rus, ingilis serb dillərində 50 məqalə toplanaraq nəşr edilib: akademik Kamal Abdullayev “Принципы мультикультуральной безопастности в Азербайджане”, akademik Muxtar İmanov “Архаическая сущность смеха в Азербайджанском фольклоре”, prof. Əsgər Zeynalov “Azerbaijan in Voltaire’s Work”, prof. Adil Babayev “Азербайджанский язык: история и судьба”,  prof. Dilarə İsmayılova  “Teaching English in a Multicultural Context at the Azerbaijan University of Languages”, prof. Məsməxanım Qazıyeva “Multiculturalism and Language Policy in Azerbaijan”, prof. Fəxrəddin Veysəlli "Языковая ситуация  в современном Азербайджане”, prof. Sevinc Zeynalova “Looking West- Azerbaijan Writer Mirza Fatali Akhundov”, prof. Aidə Yusifzadə “Приоритеты инвестиционно политики во внешнеэкономической деятельности Азербайджанской республике» dos. Sevda İmanova “Языковая политика в годы независимости в Азербайджане”,  prof. Məmməd  Əliyev “Азербайджанская модель  мультикултурализма”, dos. Lalə Məcidova “Azərbaycan ədəbiyyatında yeni janrların formalaşma prosesi” (serb dilində), dos. Sevdagul Aliyeva “Heydar Aliyev and the Development”, dos. Ədalət Abdiyeva “Исторические предпосылки мультикультурализма в Азербайджане”, Nigar Haqverdiyeva “Azerbaijan Culture in Traditional and Multicultural Harmonies”. Topluda  serb professoru Aleksandra Vraneşin Azərbaycan haqqında məqaləsi maraq doğurur. Gələcəkdə iki ölkə arasında belə elmi məcmuələrin hazırlanması və birgə əməkdaşlığın davamlı olması nəzərdə tutulmuşdur.

  

“Azərbaycanın mədəni kimliyi” adlı məqalələr toplusunda məqaləsi olan müəlliflərə bildiririk ki, məqalələri ilə aşağıdakı linkdən tanış ola bilərlər:

http://doi.fil.bg.ac.rs/unit.php?l=en&pt=eb_book&y=2019&title=kud_kiaz-2019