"Milli dəyərlərimiz" adlı tədbir keçirilib
14 may, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) Bakı şəhəri Nərimanov rayonu Gültəkin Əsgərova adına Məktəb-Lisey Kompleksində pedaqoji təcrübədə olan tələbələri tərəfindən “Milli dəyərlərimiz” adlı tədbir keçirilib.
Tədbir Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Gülxar Hüseynovanın təşkilatçılığı, İngilis və alman dilləri fakültəsinin tələbələri- Zahidə Abdurahmanova, Aynur Bədəlova, Məryəm Musayeva, Yasmin Mahmudova, Lalə Mustafayeva, Firuzə Qəmbərovanın birgə iştirakı ilə baş tutub.
Mədəniyyətimizi və dəyərlərimizi əks etdirən tədbirdə milli irsimizin ən gözəl nümunələrindən olan tamaşalar nümayiş etdirilib.









