XƏBƏRLƏR

“Fransız dili kontrastda: dilçilik məkanında dil və frankofon mədəniyyəti” adlı  Beynəlxalq elmi konfrans

29 sentyabr, 2023

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

 

“Fransız dili kontrastda: dilçilik məkanında dil və frankofon mədəniyyəti” adlı

 Beynəlxalq elmi konfrans

 

Konfrans 23 noyabr 2023-cü il tarixində keçiriləcəkdir.

 

Konfransın istiqamətləri:

1. Fransız dilçiliyi və çoxdillilik

2. Azərbaycanda və digər ölkələrədə fransız dilinin tədrisi metodikası

3. Fransız və frankofon ədəbiyyatı

4. Tərcümə və tərcüməşünaslıq

 

Konfransın işçi dilləri: Azərbaycan, fransız

Tezislərin göndərilməsinin son tarixi:                                     15 dekabr  2023-ci il  

 

Tezislərin quruluşu, tərtibi qaydaları:

-tezisin adı ortadan, qara iri şriftlə çap olunmalıdır;

-müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi, iş yeri, elektron ünvanı, əlaqə nömrəsi göstərilməlidir.

Tezisin mətni:

  • tezislərin həcmi – 2 səhifəyə qədər, format–A4;
  • açar sözlər Azərbaycan, fransız dillərində (3-5 söz) – 12 pt ilə;
  • tezislər Times New Roman şrifti ­– 12 pt ilə;
  • hər tərəfdən kənar boşluqlar – 2 sm;
  • sətirlərarası məsafə (interval) –1,5 sm;
  • istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);
  • tezislər elektron variantda təqdim olunmalıdır.   [email protected]

 

Konfransa göndərilən, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər qəbul ediləcəkdir.

Tezisi qəbul edilmiş hər bir iştirakçıya konfrans materialı və proqramı təqdim olunacaq.  

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: 441 22 78 (224), 050 334 33 46

E-mail: [email protected]