XƏBƏRLƏR

Türkanə İbrahimova və Vüsalə Nəbiyevanın ilkin müzakirəsi keçiriləcək

16 may, 2023

26 may 2023-cü il tarixində saat 11:00-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Qərbi Kaspi Universitetinin “İngilis dili və ədəbiyyatı” kafedrasının dissertantı Türkanə Tofiq qızı İbrahimovanın 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “Uinston S. Çörçillin memuar irsi dövrün bədii-sənədli salnaməsinin yaradılması təcrübəsi kimi” və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Dünya ədəbiyyatı və komparativistika” şöbəsinin dissertantı Vüsalə Fərhad qızı Nəbiyevanın 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “Meri Styuartın tarixi əsərlərində ümumbəşəri problemlər” mövzularında təqdim etdikləri dissertasiya işlərinin seminar müzakirələri keçiriləcəkdir.

5718.01 – Dünya ədəbiyyatı ixtisası üzrə

Elmi Seminar