XƏBƏRLƏR

ADU-da bir sıra müdafiə işləri keçiriləcək

06 sentyabr, 2022

Rəxşan Ramiz qızı Mehdizadənin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İngilis dilində sözalınma prosesinə din amilinin təsiri” və Abbasəli Həsən oğlu Əhmədoğlunun filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “ “Beovulf” və “Kitabi-Dədə Qorqud” dastanlarında qəhramanlıq kodları” mövzusunda dissertasiya işlərinin müdafiəsi 14 sentyabr 2022-ci il tarixində keçirələcək.

* * * 

Elnarə Eldar qızı Putayevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Amerikan ingiliscəsində linqvokulturoloji variartivlik” və Röya Qəzənfər qızı Abdurahmanovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İngilis dilində sintaktik səviyyədə transformasiya məsələləri məsələləri Noam Xomskinin minimalist proqramı kontekstində” mövzusunda dissertasiya işlərinin müdafiəsi 19 sentyabr 2022-ci il tarixində keçirələcək.

* * * 

Fəridə Məhəmmədəli qızı Allahverdiyevanın filologiya elmləri  doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Müasir ingilis dilində sadə cümlələrin invariant modelləri və variativliyi” mövzusunda dissertasiya işinin müdafiəsi   03 oktyabr 2022-ci il tarixində keçirələcək.

* * * 

Şəhla Bədir qızı Nağıyevanın filologiya elmləri  doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Poetik tərcümədə obrazlar sisteminin verilməsi üsulları” (Azərbaycan və ingilis poezisiyası qarşılıqlı tərcüməsində adekvatlığın saxlanması) mövzusunda dissertasiya işinin müdafiəsi 06 oktyabr 2022-ci il tarixində keçirələcək.